İnsanlara hürriyət, millətlərə istiqlal!

Para-atletimiz Lamiyə Vəliyeva dünya çempionu oldu - VİDEO

1275 11.07.2023 12:25 İdman A A

Azərbaycan para-atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən para-atletika üzrə dünya çempionatının qalibi olub.

Musavat.com-un məlumatına görə, sprinter 100 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb.

L.Vəliyeva məsafəni 11,99 saniyəyə qət edərək qızıl medal qazanıb.

Bununla o, həm də Yay Paralimpiya Oyunlarına vəsiqəni təmin edib.

L.Vəliyeva, həmçinin, 400 metr məsafədə özünü sınayacaq.

Xatırladaq ki, 21 yaşlı idmançı Tokio-2020 Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş, 400 metrdə isə qızıl medal qazanıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR