Papa qızlardan sutenyorların əvəzinə üzr istədi
Roma Papası Fransisk Ukrayna, Albaniya, Rumıniya və Nigeriya kimi ölkələrdən İtaliyaya gətirilərək fahişəliyə məcbur edilən qızlardan üzr istəyib.
Axar.az xəbər verir ki, Papa həmin qızlarla görüşüb və onlarla söhbət edib.
Söhbət zamanı Papa onları bu işə cəlb edənlərin yerinə üzr istəyib və günahlarının bağışlanmasını diləyib.
Qeyd edək ki, Papa Fransisk bu ili mərhəmət ili elan edib.






