İnsanlara hürriyət, millətlərə istiqlal!

"Pandemiyadan sonra intiharlar artıb, 10 milyondan çox insan işsiz qalıb" - Co Bayden xilas planından danışdı

723 06.02.2021 17:06 Dünya A A

ABŞ prezidenti Co Bayden rəhbərlik etdiyi administrasiyanın pandemiyadan sonra bərbad halda olan iqtisadiyyatı xilas etmək planları barədə danışıb.

“Bu gün məşğulluqla bağlı yanvar ayına olan rəqəmlər çıxıb. Biz iş tapan hər kəsə təşəkkür edirik, lakin eyni zamanda iqtisadiyyatımızın hələ də olduqca pis vəziyyətdə olduğunu bilirik. Ötən ay biz özəl sektorda 6000 yeni iş yeri açdıq. Ümumilikdə isə 49 min insana iş imkanı təmin etmişik.

Bütün bunlara rəğmən ABŞ-da 10 milyondan çox insan işsiz qalıb, onlardan 4 milyonu artıq yarım ildir çalışmır. 2,5 milyon qadın isə işçi qüvvəsi kimi sıradan çıxıb. 15 milyon amerikalı kirayə haqlarını verə bilmir. 24 milyon böyük, 12 milyon uşaq isə qida çatışmazlığından şikayət edir”, - deyə ABŞ prezidenti söyləyib.

Onun sözlərinə görə ölkədə intiharların, qadın və uşaq cinayətlərinin də sayı artıb.

“İndi milyonlarla adam hökumətdən mədət umur. Biz isə onların ümidlərini boşa çıxarmamalıyıq. Bu səbəbdən mən cəld hərəkət edəcəyəm”, - deyə Birləşmiş Ştatların dövlət başçısı danışıb.

Co Bayden “Moody`s” invesitiya agentliyinin hesablamarına əsaəsn yeni xilas planı nəticəsində 4 milyon amerikalıya iş imkanı verəcəklərini, Brukinq insitutunun analizlərinə görə isə həmin plan sayəsində ABŞ iqtsadiyyatının 2021-ci ildə pandemiyadan əvvəlki dövrə qayıdacağını vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR