İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pandemiya yenidən geri dönəcək” – Tanınmış həkim toylarla bağlı müzakirə edilən qərardan danışdı

1327 21.06.2021 17:03 Sosial A A

 


Ötən ilin mart ayından keçirilməsinə qadağa qoyulan toylar ətrafında müzakirə bitmir.

 Demək olar ki, hər gün gizli şəkildə toy və nişan mərasimləri keçirilir. İfşa edilən məclis və məkan sahibləri cərimələnsə də, insanlar məclislərini gizli şəkildə keçirməkdən çəkinmirlər. Gizlin keçirilən toylardan çəkilən kadrlardan belə aydın olur ki, məclisə bəy və gəlin sadə paltarda çıxırlar. Qonaqlar isə restorana daxil olarkən ad gününə və ya şam yeməyinə  gəldiyini deyir. Bir çox məkanlar bu cür toylara icazə versə də, qonaqlara rəqs etməyi qadağan edirlər. Bəs toyların keçirilməsinə niyə icazə verilmir? Kütləvi məclislərin keçirilməsi koronavirusun yayılmasına necə təsir göstərəcək?

4c95779b883d3e27a7321c48497c2495 (1).jpg (89 KB)

Musavat.com-a mövzu ilə bağlı danışan tanınmış həkim, təbii müalicə üsulu üzrə mütəxəssis Seyfəddin Əsəd bildirib ki, müəyyən məhdudiyyətlərlə toyların keçirilməsinə icazə verilə bilər:

“Toy məsələsi çətin məsələdir. Onu bilirəm ki, pandemiya yenidən geri dönəcək. Bu ya yüngül, ya normal formada olacaq. Toyların olması mütləqdir. Cavanlar çarəsiz qalıb. Onlar toysuz evlənmək istəmirlər. Toyun necə keçirilməsinin qaydalarını isə mütəxəssislər daha yaxşı bilirlər.  Pandemiya olsa da, insanlar hələ də bir-birilərilə öpüşüb-görüşürlər. Bu hal dəyişmir. Ona görə də koronavirus yayılır. Biz bu xəstəlik səbəbindən qiymətli insanlarımızı itiririk. Toyların hansı qaydalarla keçiriləcəyi bəlli deyil. Məsələn, hazırda açıq havada toyların keçirilməsi üçün münasib vaxtdır. Qaydaları gözləyərək toy etmək olar.

- Hazırda toylar olmadığı üçün yeni doğulanların və evlənənlərin sayında azalma müşahidə edilir. Bir neçə gün öncə bununla bağlı statistika da açıqlanmışdı...

-Bu qadağa qlobal problemə gətirib çıxara bilər. Proses uzandıqca nişanlı cütlüklər ayrılır, boşananların sayı çoxalır. Bu, sosial problemə çevrilir. Müəyyən şərtlərlə açıq havada, məsafə saxlamaqla toy etmək olar. Heç kim zəmanət  vermir ki, 2 ay son pandemiya bitəcək. Getdikcə proses uzanır. Gizli keçirilən toylar yoluxanların sayını artıracaq. Qaydalara əməl edilməyən ölkələrdə xəstələnlərin sayında artım var. İcazədən əvvəl insanlar arasında təbliğat aparılmalıdır ki, qaydalara əməl edilsin.

-Gizli keçirilən toylar daha sonra bizə pandemiyanın sərtləşmiş formasını qaytaracaqmı?

- Hazırda ad günü altında toylar keçirilir. Gəlinlik, bəylik kostyumu geyinilmir. Məsafə saxlanılır, qaydalara əməl olunur. Gizli olduğu üçün ciddi şəkildə qaydalara əməl edilir. İnsanlar məsuliyyətli davranır ki, cərimələnməsinlər. Bu cür məsuliyyətli yanaşılsa, toyların keçirilməsinə icazə verilə bilər.  Əvvəl deyirdilər ki, 2021-də pandemiya bitəcək, indi deyirlər ki, 2022-ci ildə bitəcək.

- Qeyd etdiniz ki, insanlar qadağalar var deyə məsuliyyətli davranır. Necə düşünürsünüz toylara icazə verilsə, insanlar məsuliyyətli davranmayacaqmı?

- Toylara icazə verilsə, insanlar daha rahat olacaq. Qorxu sindromu götürüləndə insanlar məsuliyyətsiz davranacaq. İnsanlar ölüm haqqında fikirləşmir, fikirləşirlər ki, toy edim, gəlinlik paltarı geyinim. Bir daha deyirəm ki, pandemiyanın uzanmasını istəmiriksə, müəyyən məhdudiyyətlə toyların keçirilməsinə icazə verilsin.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR