“Panatinaikos”un baş məşqçisi: “Qəbələ”nin oyunlarını diqqətlə izləyəcəyik
“Rəqibimizi tanımadığımız üçün məcburuq ki, ehtiyatlı olaq”.
Apasport.az saytının məlumatına görə, bu sözləri “Panatinakos”un baş məşqçisi Yannis Anastasiod deyib.
UEFA Avropa Liqası pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Yunanıstan təmsilçisinin baş məşqçisi püşkün nəticəsini dəyərləndirib.
“Azərbaycan futbolu inkişaf edir. Bizim isə rəqibimiz haqqında geniş təsəvvürlərimiz yoxdur. Ancaq onların son zamanlar keçirdikləri oyunları diqqətlə izləyəcəyik və buna görə rəqibimizin xarakterini analiz edəcəyik”.






