İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paltarlarımın təmizlənməsindən heç kimin xəbəri olmaz” - İzzət Bağırov həyat yoldaşından danışdı 

701 16.06.2021 13:48 Şou-biznes A A


Müğənni İzzət Bağırov ilk dəfə həyat yoldaşından danışıb.

Musavat.com xəbər verir ki, müğənni "Bu ana kimi" proqramına üç oğlu ilə qonaq olub. Sənətçi həyat yoldaşından bəhs edərkən aşağıdakıları bildirib:

"Çox təmizkar insanam. Mənim paltarlarımın təmizlənməsindən heç kimin xəbəri olmaz. Yoldaşımın xəbəri olmayıb ki, paltarlarım və ayaqqabılarım nə vaxt təmizləndi, yuyuldu, asıldı. Ona görə ki, xoşlamıram əşyalarıma əl vursunlar.

Evə girib paltarı dəyişəndə hansı yumağa gedilirsə yığıram, yuyulmayacaqsa, asıram. Ayaqqabılarımı özüm yuyub, təmizləyib qarderoba yığıram. Uşaqların, özünün paltarını özü bilər. İndi o da mənim kimi olub, öz qarderobu var".

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR