İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanlı aktrisanın Bakıda zorlanması ilə bağlı YENİ DETALLAR

3546 13.01.2023 13:53 Hadisə A A

Pakistanlı aktrisa Mehrin Şah Bakıda təcavüzə məruz qaldığını iddia edib.

Paytaxta film çəkilişi üçün gələn aktrisaya qaldığı oteldə hindistanlı prodüser Rac Qupta və rejissor Seyid Ehsan Əli Zaidi təcavüz ediblər.

BAKU.WS saytı onların Bakıda qaldıqları məkanı araşdırıb əlaqə saxlayıb. Oteldən bildirildi ki, Mehrin Şah və filmin digər çəkiliş heyəti 7 gün oteldə qonaq olublar. Onlar dörd gün əvvəl sözügedən məkanı tərk ediblər.

Sayt hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) də müraciət edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, aktrisa artıq 4 gündür Bakını tərk edərək ölkəsinə gedib:

"Aktrisa Mehrin Şahın iddiaları araşdırılıb. Bununla bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb. Bu barədə özü də bildirib ki, Bakıda müraciət etməyib. O, gəlişindən bir həftə sonra yəni yanvarın 9-da ölkəsinə geri qayıdıb".

Qeyd edək ki, Mehrin prodüser və rejissorun otelə seks işçiləri dəvət etdiyini də qeyd edib. Aktrisa onların əxlaqsız tələblərini yerinə yetirmək istəmədikdə isə ona təcavüz olunduğunu söyləyib. Sənətçi digər aktrisaları xəbərdar etmək üçün baş verənləri ictimailəşdirmək qərarına gəldiyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR