İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanın Azərbaycandakı səfiri və AZAL-ın prezidenti yeni reyslərin açılmasını müzakirə etdilər

399 03.11.2020 16:53 Son xəbər A A

Bu gün səhər Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin AZAL-ın prezidenti Cahangir Əsgərovla görüşü keçirilib.

AZAL-dan Musavat.com-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Pakistan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə ediblər.

Səfir Cahangir Əsgərova bildirib ki, 2019-cu ildə 40 mindən artıq Pakistan vətəndaşı Azərbaycanı ziyarət etmişdir və COVID-19 pandemiyası sona çatdıqdan, eləcə də beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaq.

Eyni zamanda, səfir Azərbaycan vətəndaşlarının turizm məqsədilə və ticarətin inkişafı üçün Pakistana səyahətə böyük maraq göstərdiklərini də qeyd edib.

Danışıqlar zamanı Cahangir Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR