Pakistanda kiçikhəcmli təyyarənin qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, təyyarə ölkənin şimalındakı Ravalpindi şəhərində yaşayış məhəlləsinə düşüb.
Qəzadan sonra yanğın baş verib, yanğın bir neçə binanı bürüyüb. Ölənlərin hamısının təyyarədə və ya yaşayış məhəlləsində olub-olmadığı məlum deyil. Hazırda polis araşdırma aparır.






