İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda özbək qızlarını satan azərbaycanlı həbs olundu

4191 01.06.2014 17:12 Son xəbər A A
Pakistanın Federal Təhqiqatlar Agentliyi (FİA) dörd ay əvvəl qanunsuz olaraq bu ölkəyə daxil olan və İslamabad aerportundan yoxa çıxan iki özbək qızını nəhayət tapıb həbs etdiyini açıqlayıb.

Virtualaz.org xəbər verir ki, FİA-nın İslamabad Zonası üzrə direktoru İnam Qəni bildirib ki, özbək qızlarının aeroportdan yoxa çıxması immiqrasiya xidmətinin səhlənkarlığı üzündən baş vermişdi. 

Onun bildirdiyinə görə, özbək qızlarını fahişəliyə cəlb etmək üçün İslamabada aparan azərbaycanlı insan alverçisi də həbs olunub. 

Adı açıqlanmayan Azərbaycan vətəndaşının uzun müddətdir Pakistanda fəaliyyət göstərdiyi və saxta qeydiyyat sənədinə malik olduğu bildirilir. İnam Qəni bildirib ki, həmin şəxs daha yeddi özbək qızını Pakistana gətirib və hazırda həmin qızlar polisin nəzarəti altındadır. 

Dindirmə zamanı qızlar Azərbaycandan olan insan alverçisinin onları işləmək adı altında aldatdığını və Pakistana aparılmalarını təşkil etdiyini deyiblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR