Pakistanda iki aviabazaya hücum edildi
Pakistan polisi ölkənin cənub-qərbində iki aviabazaya uğursuz hücum cəhdi edən 10 döyüşçünün öldürüldüyünü açıqlayıb.
ANS PRESS-in məlumatına görə, insident silahlı qruplaşma üzvlərinin Kveta əyalətində yerləşən Smunqli və Xalid aviabazalarına qumbara ataraq aviabazalara daxil olmaq istəyərkən baş verib.
Hücumun dəf edilməsi zamanı təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı da yaralanıb.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməsə də Bəlucistan polisi hücumun arxasında «Taliban» hərəkatının dayandığını ehtimal edir.






