İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanda Fransa əleyhinə mitinqlər keçirildi - Ollandın kuklası yandırıldı (Foto)

537 19.01.2015 14:50 Dünya A A
Pakistanda “Cahrlie Hebdo” jurnalının dərc etdirdiyi karikaturalar qarşı aksiyalar keçirilib. 

Avropa.info xəbər verir ki, bir neçə şəhərdə keçirilən mitinqlərdə fransız bayraqları yandırılıb. Mitinqçilər jurnalın Fransada qadağan olunmasını tələb edirlər. Şəhərlərin birində Fransa prezidenti Fransua Ollandın müqəvvası yandırılıb. 

Ən kütləvi  mitinq isə ölkənin şərqində Laxor şəhərində keçirilib. Miqitnqin təşkilatçısı radikal islam qrupu “Camaat yd-Dava” “Rədd olsun “Cahrlie Hebdo”, şüarı səsləndirib.

Təşkilatın lideri Hafiz Məhəmməd Səid dini təhqir etməyin cinayət sayılması haqda qanunun BMT-də qəbulu üçün müsəlman ölkələrini bu təşkilata müraciət etməyə çağırıb. Məhəmməd Səid bildirib ki, əgər onlar bu qanunu qəbul etmək istəməsələr, müsəlman ölkələri öz BMT-ni yaratmalıdır. 

Aksiya keçirilən şəhərdə həmçinin Kuaşi qardaşları üçün cənazə namazı qılınıb.

Pakistanın Karaçi şəhərində “Camaati İslami” təşkilatı tərəfindən təşkil olunan aksiyada 1200 nəfər şəhərin küçələri ilə yürüş keçirilib. “Təhriki İnsaf” təşkilatından 200 nəfər polis tərəfindən qorunan Fransa konsulluğuna soxulmağa çağırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR