Pakistanda sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 17 nəfər ölüb, 8 nəfər itkin düşüb.
“Report” “Al-Jazzera”ya istinadən xəbər verir ki, hadisə ölkənin şimalında, Kuxistan bölgəsində olub.
Bildirilib ki, avtobusda sürücü ilə birlikdə 25 nəfər ölub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Pakistanda hər il yol-nəqliyyat qəzaları nəticəsində orta hesabla 29 min 300 nəfər ölür.






