Hindistanın Uttar ştatının Pradeş əyaləti Polis İdarəsinin rəisi Axileş N Sinq dekabırın 20-də ölkənin yeni vətəndaşlıq qanununa etiraz edən müsəlmanlara "Pakistana gedin" , deyə hökm edib. Bu barədə Hindistanın “The Indian Express” qəzeti məlumat yayıb. Qəzet həmçinin həmin anı özündə əks etdirən video-görüntünü də yayıb.
Polis İdarəsinin rəisi Axileş N Sinq daha sonra müsəlmanları hədələyərək deyir: “Burada yemək yeyirsiniz, başqa bir yerə isə (Pakistana) təriflər yağdırırsız...Bir şey olsa hər evdən bir adam həbs ediləcək". Bütün bunlar video-çəkilişdə öz əksini tapıb.
Video-görüntü sosial şəbəkələrdə yayıldıqdan sonra Polis Rəsi bildirib ki, anti-sosial ünsürlər Pakistan tərəfdarı açıqlamalar verməsinə cavab olaraq o, belə deyib.
“Biz əraziyə daxil olanda gördük ki, Pakistan tərəfdarı olan insanlar etiraz aksiyası keçirmək istəyir. Biz güc tətbiq etdik, onlar qaçdılar. Problem yaratmaq istəyən 3-4 nəfər yerli sakinlərlə mübahisəmiz oldu".
Hindistanın Uttar ştatında 200 milyon nəfərdən çox insan yaşayır. Ən pis zorakılıq hadisələri də burada müşahidə olunub. Etirazlar zamanı öldürülmüş 25 nəfərdən 19-u bu ştatın payına düşür.
Elbəyi Həsənli, Sürix
Musavat.com
https://indianexpress.com/article/india/meerut-sp-tells-protesters-go-to-pak-if-you-dont-want-to-live-here-his-defence-they-raised-pro-pak-slogans-6188224/
https://www.dawn.com/news/1524894/indian-police-officer-tells-anti-citizenship-law-protesters-to-go-to-pakistan






