İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan Rusiya və BƏƏ-dən 1 milyard dollar sərmayə gözləyir

381 23.01.2024 12:37 Dünya A A

Pakistan hökuməti Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 1 milyard dollar sərmayənin yatırılmasını gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, Rusiya Bəlucistan əyalətində Kvetta-Taftan dəmir yolunun modernləşdirilməsinə 550 milyon dollardan 660 milyon dollara qədər sərmayə yatıra bilər. Məlumata görə, bu barədə razılıq Pakistan dəmir yolu idarəsinin nümayəndə heyətinin 2023-cü ilin dekabrında Rusiyaya səfəri zamanı əldə olunub. Hazırda tərəflər müvafiq çərçivəli hökumətlərarası sazişin bağlanması üzərində işləyirlər.

Nəşr qeyd edir ki, Pakistanın baş naziri İmran Xanın hökuməti dövründə (2018-2022) Moskva Kəraçidəki polad zavodunun modernləşdirilməsi layihəsində və respublikanın enerji sənayesinin inkişafında iştiraka maraq göstərib.

Eyni zamanda qəzetin yazdığına görə, BƏƏ Pakistanın dəmir yolu sektoruna 400 milyon dollara qədər sərmayə qoymağa hazırlaşır. Bu vəsait Kəraçidən Qasim limanı yaxınlığında yerləşən Pipri çeşidləyici stansiyasına qədər yük dəhlizinin tikintisi üçün nəzərdə tutulub.

Qeyd edək ki, BƏƏ Pakistanda böyük neft emalı zavodunun tikintisində iştirak edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR