İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan polisi fond birjasına hücum edən silahlıları zərərsizləşdirib

800 29.06.2020 14:44 Qalmaqal A A

Pakistan polisi fond birjasının binasına hücum edən bütün cinayətkarları məhv edib.

AZƏRTAC Geo News telekanalına istinadla xəbər verir ki, bu barədə Kəraçi şəhərinin Baş inspektoru Müştaq Əhməd Mahar bildirib.

Qeyd edək ki, bir müddət öncə polis forması geyinən dörd silahlı şəxs fond birjasının əsas girişinin önünə qumbara ataraq binaya hücum edib. Polislə atışma zamanı onlardan üçü öldürülüb, biri isə binada gizlənib. Müştaq Əhməd Maharın sözlərinə görə, əraziyə cəlb olunan əlavə polis qüvvələri hücumda iştirak edən sonuncu silahlını da məhv edib.

Son məlumata əsasən, insident zamanı iki nəfər həlak olub, üç nəfər, o cümlədən polis zabiti və mühafizəçi yaralanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR