Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.
Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Arif Alvini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.







