Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi ilə görüşərək hərbi təhsil sahəsində birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Nümayəndə heyəti hərbi təhsil ocağındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olduqdan sonra onlara akademiya barədə ətraflı brifinq təqdim edilib.






