İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan Azərbaycanda mülki yaşayış mərkəzlərinin atəşə tutulmasını bir daha pisləyib

305 16.10.2020 02:15 Ölkə A A

Pakistan Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələri yaxından izləyir.

APA xəbər verir ki, bu barədə ölkəmizin Pakistandakı səfirliyindən bildirilib.

"Gəncə, Tərtər və Bərdə şəhərləri daxil olmaqla Azərbaycanın əsas ərazilərindəki mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlər olduqca narahat edicidir.

Pakistan Azərbaycan hökumətinə və xalqına başsağlığını çatdıraraq, Ermənistanı beynəlxalq humanitar hüququ pozaraq günahsız mülki insanlara hücum etməkdən çəkinməyə çağırır.

Qardaş Azərbaycan xalqının vətənlərini qorumaq üçün apardıqları qanuni mübarizələrində dəstəyimizi bir daha təsdiqləyirik", - məlumatda belə deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR