İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan-Azərbaycan dostluq qruplarına erməni vəhşiliyi ilə bağlı məktub göndərilib

380 12.10.2020 19:26 Ölkə A A

Dost və qardaş Pakistan İslam Respublikasının Milli Assambleyasında və Senatda fəaliyyət göstərən Pakistan-Azərbaycan dostluq qruplarına Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupunun adından məktub ünvanlanıb.

Musavat.com
xəbər verir ki,  məktubda  atəşkəsin elan edilməsinə baxmayaraq, 11 oktyabr tarixində Gəncə şəhərinin mülki əhalisinin Ermənistan tərəfindən xaincəsinə “Toçka-U” ballistik raketinin hücumuna məruz qalması barədə məlumat qeyd edilib.

Eyni zamanda  məktubda erməni terroru nəticəsində 9 mülki şəxsin dünyasının dəyişdiyi, 30-dan çox şəxsin yaralandığı diqqətə çatdırılıb. Məktubda Pakistan tərəfindən Erməni vəhşiliyinin qınanılması və bu aqressiyaya müvafiq qiymətin verilməsi üçün çağırış edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR