PA rəsmisi: Azərbaycandakı inkişaf prosesləri Konstitusiyaya dəyişiklikləri labüd edir
Azərbaycandakı inkişaf prosesləri Konstitusiyaya dəyişiklikləri labüd edir.
Trend-in məlumatına görə, bunu Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.
Ş.Əliyev Konstitusiyaya təklif edilən dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklərdən 7 il ötür.
PA rəsmisi qeyd edib ki, ötən 7 il ərzində Azərbaycanda xeyli inkişaf prosesləri baş verib və bu inkişaf Konstitusiyaya dəyişiklikləri labüd edir.






