ÖZÜNÜ YANDIRAN FHN ƏMƏKDAŞININ RƏİSLƏRİ VƏZİFƏDƏN ÇIXARILDI
Prokurorluqdan bildirdilər ki, hazırda faktla bağlı rayon prokurorluğunda və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırmalar aparılır. Rəisin və müavininin vəzifələrindən kənarlaşdırılması da məhz bununla bağlıdır. İşçilərin obyektiv ifadə vermələrinə şərait yaradılması üçün həmin şəxslər müvəqqəti vəzifələrindən kənarlaşdırılıblar. Prokurorluqdan onu da əlavə etdilər ki, araşdırmalar yekunlaşandan sonra qərar qəbul ediləcək və onların günahları sübuta yetiriləcəksə cəzalandırılacaqlar.
Ə.Paşayevin qardaşı Hüseyn Paşayev isə bildirdi ki, Bərdə rayon DYMH-nın rəis vəzifəsinə Şahid Mirzəyev adlı mayor təyin edilib: “Biz Bərdə Rayon Prokurorluğunun apardığı araşdırmadan narazıyıq. İşin Bərdə Rayon Prokurorluğundan alınıb, başqa yerə verilməsini tələb edirik. Əgər Mübariz Əliyevi günahsız çıxarıb, yenidən rəis vəzifəsinə təyin etsələr, özümüzü yandıracağıq”.