İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz saxlandı

2329 30.10.2013 18:40 Ölkə A A
“Bakı şəhər sakini Lətif Süleymanovun qanunsuz əməlləri barədə Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb”. Baş Prokurorluğun mətbuat xidmətindən musavat.com-a daxil olan məlumatda belə deyilir. Xəbərdə bildirilir ki, araşdırmalar zamanı L.Süleymanovun özünü dövlət hakimiyyət orqanının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlardan dələduzluq yolu ilə ümumilikdə 28 min manat məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

L.Süleymanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

 

Elşən Balaxanılı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR