İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü FHN-nin vəzifəli şəxsi kimi təqdim edən şəxsə 8 il cəza verildi

606 14.03.2017 12:53 Ölkə A A

Özünü FHN-nin vəzifəli şəxsi kimi təqdim edən şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fariz Məlikovun cinayət işi üzərə məhkəmə prisesu başa çatıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə F.Xəlilova hökm oxunub. Məhkəmənin hökmü ilə F.Xəlilov 8 il müddətinə azadlıqdsn məhrum edilib.

F.Məlikov vətəndaşlara özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) yüksək vəzifəli şəxsi kimi təqdim edərək, onları işə düzəltmək adı ilə vədlər verib. O, vətəndaşların ümumilikdə 90 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
F.Məlikov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli mirqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR