İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü əjdahaya oxşatmaq üçün qulağını kəsdi, burnunu kiçiltdi

2478 07.04.2016 03:34 Maraqlı A A
Amerikanın Arizona ştatı sakini Eva Tiamat Meduza cinsini dəyişdirməyə hazırlaşan ərəfədə əcaib hərəkət edib. 

"Daily Mail" qəzetinin xəbərinə görə, 55 yaşlı Meduza özünü əjdahaya oxşatmaq üçün qulağını kəsib, burnunun formasını da dəyişdirib. 2012-ci ildə o, bir neçə ağrılı kosmetik əməliyyat keçirib. Bunların siyahısına üzün tatuirovkası, alında metallik implant əməliyyatı daxildir. Eləcə də keçmiş bank işçisi gözlərinin altını yaşıl rəngə boyayıb, sinəsinə və əlinə şəkillər çəkib.

Yaxın günlərdə bu əcaib kişi öz cinsiyyətini dəyişməyi planlaşdırır. Meduza kişi cinsiyyət orqanlarından qurtulacaq. Artıq sinəsinin böyüməsi üçün hormonal dərmanlar qəbul etməyə başlayıb. Arizona sakininin dediyinə görə, o, daim müxtəlif tatu şoulara baş çəkir, bədəninə yeni tatular vurdurmaqla mistik varlıqlara bənzəməyə çalışır.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR