İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü binadan atmaq istəyən qadın xilas edildi - YENİLƏNİB - FOTOLAR

5897 17.03.2014 19:25 Son xəbər A A

Virtualaz.org saytının müxbiri bildirir ki, özünü 20 mərtəbəli binadan atmaq istəyən gənc xanım xilas olunaraq damdan sağ-salamat yerə endirilib. Amma nə Nəsimi Rayon Polis İdarəsinin, nə də FHN-n xilasetmə əməliyyatında iştirak edən əməkdaşları gənc xanımın nədən bu addımı atmasının səbəbləri barədə heç bir rəsmi açıqlama verməyiblər.

Nəsimi RPİ-nin mülki geyimdə olan, lakin adının açıqlanlanmasını istəməyən əməkdaşı isə hadisə yerinə toplaşan KİV nümayəndələrinə yalnız onu deyib ki, təxminən 20-21 yaşlarında olan qızın sevgilisi ilə problemi olduğundan bu addımı atıb. Həmin oğlan da hadisə yerinə çağırılıb. O, qızla danışandan sonra onu intihar fikrindən daşındıra bilib.

*  *  *  *

Bakıda qadın intihar anonsu ilə FHN-i ayağa qaldırıb. 

Bu dəqiqələrdə Bakının mərkəzində, “28 may” metrosunun yaxınlığındakı çoxmərtəbəli binaın damına çıxan bir qadın özünü oradan atıb, intihar edəcəyini deyir.

Virtualaz.org saytının hazırda hadisə yerində olan əməkdaşı bildirir ki, Dilarə Əliyeva küçəsindəki binanın damına çıxan 25-30 yaşlarındakı gənc qadın özünü oradan atmaqla hədələyir. 

Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları toplaşıb. Onlar intihar etməklə hədələyən həmin şəxsi xilas etməyə çalışırlar. 

Həmin qadınla psixoloji söhbət gedir. Qadının bu addımı atmasına səbəb olan motivlər bəlli deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR