Özünü 13-cü mərtəbədən atmaq istəyən qadın xilas edilib - YENİLƏNİB
Bakıda özünü çoxmərtəbəli binadan atmaq istəyən qadın xilas edilib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Murtuza Muxtarov küçəsi, ev-185, mənzil-13 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Sevda İkram qızı Əhmədova 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib, lakin hüquq mühafizə orqanlarının əməkdaşlarının səyi nəticəsində qadın xilas edilib.
Polisdən həmçinin bildirilib ki, S. Əhmədova 2007-ci ilin avqustunda rayonun Murtuza Muxtarov - 185 ünvanında “Mütəfəkkir” MTK- ya məxsus uçan binada mənzil alıb, lakin həmin mənzilin pulunun yarısı ona qaytarılıb. S. Əhmədova “Mütəfəkkir” MTK-nın tikdiyi digər binada mənzilin ona verilməsi barədə məhkəməyə müraciət edib. Məhkəmə bu gün həmin evin boşaldılması barədə qərar qəbul edib və qadın bu qərara etiraz edərək həmin evdə intihar etmək istəyib.
* * * *
Bakının mərkəzində qadın özünü binadan atmağa istəyir.
Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hadisə Yaşamal rayonundakı Murtuza Muxtarov küçəsində yerləşən yüksək mərtəbli yaşayış binaların birində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, adı Sevda olan qadın hazırda 14 mərtəbəli binanın damından özünü atmağa cəhd edir.
FHN-nin Xilasedici qrupu hadisə yerinə göndərilib.
Hazırda qadını fikirindən daşındırmaq istiqamətində iş gedir.






