İnsanlara hürriyət, millətlərə istiqlal!

Özündən 20 yaş böyük qadınla nikaha girən azərbaycanlını Rusiyadan qovdular

2462 26.05.2018 11:57 Hadisə A A

Rusiyanın Bryansk vilayət prokurorluğu 23 yaşlı Azərbaycan vətəndaşının özündən 20 yaş böyük qadınla nikahının ləğv edilməsiylə bağlı çıxış edib.

Musavat.com-un nashbryansk.ru-ya istinadən verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Bryansk vilayəti Miqrasiya xidmətinə müraciət edərək oturum izni almaq istədiyini bildirib. Əsas sənəd kimi isə 1975-ci il təvəllüdlü Bryansk şəhər sakini ilə rəsmi nikahda olmasını göstərib.

Yaş fərqinin bu qədər böyük olması isə miqrasiya xidməti işçilərində şübhə oyadıb. Məsələyə şəhər prokurorluğu qarışıb. İlkin araşdırmadan sonra məlum olub ki, 23 yaşlı gənc nikaha Rusiya vətəndaşlığı olmaq üçün giribmiş.

Amma bu etiraf ona baha başa gəlib. Etdiyi əmələ görə onu Rusiyadan deportasiya ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR