İnsanlara hürriyət, millətlərə istiqlal!

Özgəcanın qatilinin ölüm xəbəri sosial şəbəkələri qarışdırdı

2444 06.04.2015 14:37 Dünya A A
Türkiyənin Mersin vilayətində universitet tələbəsi Özgəcan Aslanı qəddarcasına qətlə yetirən Sübhi Altındökənin ölüm xəbəri sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. 

Müsavat.com-un məlumatına görə, Sübhi Altındökənin həbsxanada məhkumlar tərəfindən öldürüldüyü iddia edilib. Və günboyu sosial şəbəkədə bu xəbər müzakirə olunub. 

Hadisənin sosial şəbəkədə böyük səs-küy yaratdığını görən həbsxana rəhbərliyi ölüm xəbərinə reaksiya verib. 

Gaziantep cəzaçəkmə müəssəsindən bildirilib ki, xəbər həqiqəti əks etdirmir və məhkum S.Altındökən sağdır. 

Qeyd edək ki, əvvəllər də buna bənzər xəbərlər yayılmışdı. Belə ki, S.Altındökənin ölümcül döyüldüyü iddia edilmişdi.

Gülnar

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR