Aktrisa İrem Helvacıoğlu Özcan Dənizlə aralarında yaşanan qalmaqaldan danışıb.
Musavat.com xəbər verir ki, sənətçi qatıldığı mükafatlandırma gecəsində "Seni çok bekledim" serialında tərəf müqabili olduğu Özcan Dənizlə ekran işi bitdikdən sonra küsmələrinin səbəbini açıqlayıb.
O bildirib ki, Özcan onunla bağlı paylaşımlarını silib:
"Heç bir söz demədən fotoları sildi. Nə baş verdiyini anlamadım. Bir az keçəndən sonra mən də onu izləmədən çıxardım".
Könül
Musavat.com






