İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanın tanınmış yazıçı və şairləri “Yeni Müsavat”ın qonağı olub – FOTOLAR FOTO VİDEO

704 06.05.2022 12:16 Ölkə A A


Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı-dramaturq Qoçqar Norqobil, Özbəkistan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Tursun Ali, ədəbiyyatşünas Hafiza Qöcqorova, Milli Universitetin jurnalistika fakültəsinin dekanı Mahliya Mirsoatova, Milli Universitetin dosenti Xurşidə Qafurova Bakıda səfərdədir.

Musavat.com xəbər verir ki, səfər çərçivəsində yuxarıda qeyd etdiyimiz heyət “Yeni Müsavat” Media Qrupunun qonağı olub.

Media qrupunun rəhbəri Rauf Arifoğlu ilə söhbətləşən heyət Bakıya səfərlərinin məqsədi haqda danışıb, Özbəkistan və Azərbaycan arasında tarixi mədəni və bədii əlaqələrdən, hər iki ölkənin şair və yazıçılarının qələm, sənət dostluğundan, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərdən söz açıb, müzakirələr aparıblar. Qeyd olunub ki, mayın 9-da Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrında yazıçı-dramaturq Qoçqar Norqobilin əsəri əsasında “Beş dul qadın və rəis” adlı bir hissəli komediya nümayiş olunacaq.



Azərbaycan həqiqətlərini daim təbliğ edən, Azərbaycan sevdalısı özbək şairəsi Xasiyyət Rüstəm isə Vətən müharibəsindən bəhs edən “44 gün” kitabından, Qarabağ və xalqımıza həsr etdiyi şeirlərdən, Şuşa səfərindən danışıb.

Özbəkistan heyəti ilə müsahibəni yaxın saatlarda Musavat.com saytından oxuya bilərsiniz.

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR