İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistandan Çinə və əks istiqamətdə təyyarə reysləri koronavirusla əlaqədar dayandırılıb

249 01.02.2020 14:06 Son xəbər A A

Yeni koronavirus təhlükəsi ilə əlaqədar fevralın 1-dən Özbəkistandan Çinə olan təyyarə reysləri dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistanda virus təhlükəsi ilə bağlı yaradılan xüsusi Hökumət Komissiyası qərar qəbul edib.

Komissiya virus təhlükəsi ilə əlaqədar vətəndaşların Çinə getməsinə və bu ölkədən Özbəkistana bütün səfərlərə müvəqqəti olaraq qadağa qoyub.

Komissiyanın qərarında bildirilir ki, Özbəkistan vətəndaşlarının Çindən çıxarılması üçün çarter reysləri təşkil ediləcək.

Xatırladaq ki, Çin tərəfinin son məlumatına görə, ölkədə bu virusa yoluxanların sayı 11 min 821 nəfərə çatıb, 259 nəfər isə dünyasını dəyişib, 1795 xəstə ağır vəziyyətdədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR