Özbəkistanda xarici turistin koronavirusa yoluxma faktı təsdiqlənərsə dövlət tərəfindən həmin şəxsə 3 min dollar kompensasiya ödəniləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin ölkədə turizmin inkişafı ilə bağlı imzaladığı sənəddə bildirilir.
Sənəddə deyilir ki, “Özbəkistan: Təhlükəsiz səyahətə zəmanət verilir” adlı sanitar-epidemioloji təhlükəsizlik sistemi yaradılır. Bu sistem çərçivəsində Turizmin Təhlükəsizliyi Fondu fəaliyyət göstərəcək.






