İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda azərbaycanlı mədəniyyət xadimi Kaykep Əliyevanın xatirə lövhəsinin açılışı olub

1231 12.04.2022 10:26 Mədəniyyət A A

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistanın Əməkdar artisti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansablının rəhbəri olmuş, tanınmış rəqqasə, ömrünün əsas hissəsini Özbəkistanda Azərbaycan musiqisinin, rəqslərinin təbliğinə həsr edən Kaykep Əliyevanın yaşadığı evin üzərində onun xatirə lövhəsinin açılışı olub.

Açılış mərasimində Azərbaycandan olan nümayəndə heyəti ilə yanaşı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, bu ölkənin mədəniyyət, incəsənət, ictimaiyyət xadimləri iştirak ediblər.
İlk öncə xatirə lövhəsinin açılış lenti kəsilmişdır. Mərasimdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışaraq, Azərbaycan və Özbəkistanın Əməkdar artisti, Özbəkistan Respublikasının “Dostluq” ordeni və Azərbaycan Respublikasının “Fəxri Mədəniyyət işçisi” adına layiq görülmüş, “Azərbaycan qızları” rəqs ansamblının bədii rəhbəri olmuş Kaykep Əliyevanın həyat və yaradıcılığı haqqında məlumat verib. Samir Abbasov Azərbaycan dövlətinin, ölkə başçısının xaricdə yaşayan soydaşlarımız, tanınmış azərbaycanlıların adlarının əbədiləşdirilməsi, yaradıcılıqlarının öyrənilməsi və tədqiqinə xüsusi diqqət yetirdiyini qeyd edərək, təşəbbüslərinin dəstəklədiyi üçün Mədəniyyət Nazirliyimizə öz təşəkkürünü bildirib. Natiq Özbəkistan dövlətinin, Prezident Kaykep Əliyevanın xidmətlərini daim yüksək qiymətləndirdiyini və onun dəfələrlə yüksək mükafatlara layiq görüldüyünü qeyd edib.

Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan və Özbəkistan arasında günü-gündən inkişaf edən mədəni əlaqələrdən danışaraq, 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini, rəqslərini geniş təbliğ etmiş, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədən Kaykep xanımın xidmətlərini xüsusi vurğulayıb və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin bölmə müdiri Akif Marifli milli mədəniyyətimizi təbliğ edən və dövlətlərimiz arasında möhkəm dostluq körpüsü yaradan bu cür mədəniyyət xadimlərimizin xidmətlərini vurğulayıb, Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Mədəniyyət Mərkəzin layihəsi ilə Özbəkistanda tanınmış azərbaycanlıların irsinin əbədiləşdirilməsi və təbliği istiqamətində görülən işlər barədə məlumat verib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, professor Erkin Nuriddinov, Özbəkistanın xalq artisti Qalina Melnikova əməkdar artist Kaykep Əliyevanın Özbəkistanda çox sevildiyini, onun vasitəsi ilə milli rəqslərimizi öyrəndiklərini qeyd ediblər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın Özbəkistana səfəri, Azərbaycan Mədəniyyət Mərkəzinin acılışında Kaykep Əliyevaya diqqət yetirmələri, görüşmələri, habelə Kaykep Əliyeavının Özbəkistanın uşaq evlərinə dəstək olması, rəhbərlik etdiyi "Mehrijon" Xeyriyyə Fondunun həmsədri olmaqla internat məktəblərində xeyriyyə tədbirləri təşkil etməsini qeyd edərək, onun əziz xatirəsinin daim ürəklərdə yaşayacağını söyləyiblər.

Kaykep Əliyevanın qardaşı Pərviz Əliyev sonda çıxış edərək ailələri adından Azərbaycan dövlətinə, şəxsən prezident İlham Əliyevə bacısının xidmətlərini qiymətləndirilməsi, tanınmış soydaşlarımızın irsinin əbədiləşdirilməsinə göstərilən bu diqqət üçün razılıq və dərin təşəkkürlərini bildirib.

Sonda Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova xatirə lövhəsinin qarşısında milli musiqimizdən parçalar ifa edib.

Qeyd edək ki, xatirə lövhəsi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistan Respublikasının xalq rəssamı Marina Borodinova tərəfindən hazırlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR