Martın 18-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev Avropa İttifaqının beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikelanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Musavat.com Podrobno.uz-a istinadla xəbər verir ki, tərəflər Özbəkistan və Aİ arasında genişlənmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında yeni sazişin qarşıdan gələn imzalanmasını müzakirə ediblər.
Bildirilib ki, ikitərəfli münasibətlər son illər siyasət, iqtisadiyyat, investisiya və mədəniyyət sahələrini əhatə etməklə xeyli intensivləşib. Yeni saziş bu qarşılıqlı əlaqəni gücləndirəcək və genişləndirəcək.
Tərəflər nəqliyyat və logistika, enerji, rəqəmsallaşma, kənd təsərrüfatı və su idarəetməsi kimi sahələrdə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər. Əhəmiyyətli mineral ehtiyatların emalı sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.
Mirziyoyev və Sikela apreldə Səmərqənddə keçiriləcək birinci Mərkəzi Asiya-Avropa İttifaqı sammitinin və İqlim Forumunun təşkilati məsələlərini müzakirə ediblər.
Mərkəzi Asiyada regional əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, ötən gün Şavkat Mirziyoyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kerol Millerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsi və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, son bir ildə Özbəkistan Avropa ilə əməkdaşlıq sahəsində böyük məsafə qət edib.
Musavat.com