Özbəkistanda xaricdə əmək fəaliyyəti ilə məşğul olan ölkə vətəndaşlarının (qastarbayterlər) hüquq və maraqlarını qoruyan fond yaradılıb.
AZƏRTAC xəbər verir ki, fondun əsas vəzifəsi xarici ölkələrdə çətin maliyyə vəziyyətinə düşən, şəxsiyyəti təsdiq edən sənədsiz və pulsuz qalan vətəndaşların hüquq və sosial müdafiəsini təşkil etməkdir.
Artıq belə çətin sosial duruma düşən 71 Özbəkistan vətəndaşı Moskvadan Daşkəndə gətirilib. Onları Daşkənd aeroportunda Özbəkistanın məşğulluq və əmək naziri Şerzod Kudbiev qarşılayıb.
Özbəkistana qayıdan şəxslərin maliyyə xərclərini fond öz üzərinə götürüb.
Onların işə düzəldilməsi ilə Özbəkistanın Məşğulluq və Əmək Nazirliyi fondla birgə həyata keçirəcək.






