İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbək nazir Ozodbek Nazarbekov Şuşanı "Azərbaycanın ürəyi" adlandırdı

364 17.04.2023 15:30 Son xəbər A A

Özbəkistanda keçirilən “Şuşa Günləri” tədbirlərinin rəsmi açılış mərasimində iştirak etmək məqsədi ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə gələn Özbəkistan Respublikasının Mədəniyyət və Turizm naziri Ozodbek Nazarbekov mərasimdə çıxış edib.

Nazir Özbəkistanda keçirilən “Şuşa Günləri” tədbirlərini gözəl mənəviyyat, dostluq, Türk xalqlarının fəxri gecəsi kimi səciyələndirib.

Sitat: "Mən ötən il Bakı şəhərində Şuşaya həsr olunmuş sərgidə iştirak edərək, bu şəhər haqqında eşitdiklərimdən on dəfə artıq mədəniyyət, sivilizasiya, tərəqqiyyat, insan istedadını, sənəti gördüm. Böyük təəssüratla Şuşanı ziyarət etmək qərarına gəldim.

Ümid edirəm ki, bir aydan sonra Türk dövlətlərinin mədəniyyət nazirləri ilə birgə Şuşada görüşəcəyik.
Şuşa Azərbaycan xalqının ürəyi, qəlbi, sifəti, qüruru və iftixarıdır. Bunu Şuşanı ziyarət edən hər bir insan şahidi ola bilər.

Hamınıza məlumdur ki, Özbəkistan 2012-ci ildən Türk dünyasının mədəniyyət paytaxtlarının seçilməsi layihəsində iştirak edir və bu işə dəstək göstərir. Özbəkistanın Xivə şəhəri də 2021-22-ci illərdə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib və çoxsaylı mədəni tədbirlər keçirildi.

Türk xalqlarının tarixi, mədəniyyəti, mədəni irsinin qorunub saxlanılması, beynəlxalq səviyyədə inkişaf etdirilməsi və təbliği sahəsində TÜRKSOY-la əməkdaşlığımızda ən mühüm məqsədlərimizdən biridir. 2023-cü ildə Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi mühüm hadisədir və keçiriləcək tədbirlərdə Türk dövlətləri, Özbəkistan tərəfi də geniş iştirak edəcək.

İnanıram ki, Daşkənddə keçiriləcək “Şuşa Günləri” tədbirlərində insanlarımız Azərbaycan xalqının zəngin mədəniyyəti, mədəni irsi ilə dərindən tanış olmaq imkanı əldə edəcəklər.

Hamınıza dövlətlərimiz arasında strateji əməkdaşlığın yeni müstəviyə qaldırılması, qardaş xalqlarımız arasında dostluq, qardaşlıq, mədəniyyət və sənətimizin inkişafı yolunda parlaq zəfərlər diləyirəm.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR