İnsanlara hürriyət, millətlərə istiqlal!

Ozan Can Kökçü: "Baş məşqçi məndən narazı olmaqda haqlıdır"

437 20.10.2019 02:20 İdman A A

"Bərabərlik qolumuz son dəqiqələrdə vuruldu. Burdan ən azı bir xalla ayrılmalı idik. Bunu da etdik. Çətin oyun oldu".

"Report" xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Ozan Can Kökçü səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra deyib.

Gənc yarımmüdafiəçi digər sualları da cavablandırıb:

- "Sabah"ın oyunu alınmadı. Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasiləni dəyərləndirə bilmədiniz?

- Bunu bilmirəm. Çünki mən U-21 millisində idim. Baş məşqçinin və futbolçularımızın yaxşı hazırlaşdıqlarını düşünürəm. Kimsənin şübhəsi olmasın. 100 faiz gücümüzlə çalışırıq. Artıq üç xal qazanmaq vaxtıdır.

- Üç xal üçün “Sabah”a nə lazımdır?

- Bunu demək mənə uyğun olmaz. Bir şeyi deyə bilərəm ki, əlimizdən gələni edib, gözəl oyun nümayiş etdirəcəyik. Belə olsa, üç xal da qazanlacaq.

- Baş məşqçi sizdən narazı görünürdü. Öz oyununuzdan razısınız?

- Haqlı olduğunu düşünürəm. Çünki bu gün mənə görə də oyunda deyildim. Öz oyunumu göstərə bilmədim. “Keşlə” yaxşı qapanmışdı. Bu da mənə çətin oldu. Öz oyunumu göstərə bilmədim. Son zamanlar bir az çox çıxış edirəm. Həm U-21 yığmasında, həm də “Sabah”da oynadım. Bəlkə də, yorğunluq ola bilər. Sən futbolçusan və nə qədər lazımdırsa, o qədər də oynamalısan.

Bu gün öz performansımdan razı qalmadım. Baş məşqçi narazı olmaqda haqlıdır. Çalışacağam ki, daha gözəl oynayım.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR