İnsanlara hürriyət, millətlərə istiqlal!

“Oxuyacam, toylara gedib pul qazanacam” - Əməkdar artist müğənniliyə başladı - VİDEO

2263 13.02.2019 15:53 Şou-biznes A A

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar artist Nahidə Orucova olub.

Əməkdar artist müğənnilik sevdasına düşüb:

“Yaşın nə fərqi var ki... Bir az gec qaldım. Amma biz tamaşalarda oxuyuruq. İndi oxuyacam, toylara gedib pul qazanacam. Dedim, bəsdi də pul qazanmıram. İnsanın ikinci biznesi olmalıdır. Mən də bu yolu fikirləşdim. Mahnını müğənni kimi yox, çalışmışam ki, obrazla oxuyum. Nurlan Əzizbəyli həm musiqisini, həm də sözlərini mənim üçün yazıb”.

Əməkdar artist bu açıqlamasından sonra ifasını səsləndirib.

Sözügedən ifanı təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR