İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovcumuzdakı “M” hərfi - bu insanlar...

2373 01.07.2023 17:22 Maraqlı A A

Elə də olur ki, bu hərfə sol əldə deyil, sağ əldə rast gəlinir - bəs bu nə deməkdir?

Ezoterizm son illərdə görünməmiş populyarlıq qazanıb. Doğru olub-olmamasından asılı olmayaraq, ona maraq var.  Ezoteriklər əmindirlər ki, ovuclardakı xətlər mənasız deyil, doğumdan ölümə qədər demək olar ki, bütün taleyimizi müəyyən edən məna daşıyır.

Ümumilikdə ovuclarımızda daşıdığımız 4 əsas xətt var: ürək, ağıl, həyat və tale. Amma sonuncusu bütün insanlarda olmur. Hər bir xətt isə özünəməxsus xüsusiyyətlərə malikdir.

Ürək xətti həm fiziki, həm də emosional səviyyədə ürəyin vəziyyətinə məsuldur. Ürək xətti düz gedirsə, həddən artıq nəzarətcil və həssas olduğunuzu, xətt barmaqlara doğru əyilibsə, son dərəcə mərhəmətli olduğunuzu göstərir.

 Ağıl xətti üfüqi vəziyyətdə yerləşir və şüurun və beynin vəziyyətini əks etdirir. Ağıl xəttinin nə qədər uzun olduğuna baxın. Uzun ağıl xətti özünüzü başqalarının yerinə qoya bildiyinizi və bacarıqlı olduğunuzu göstərir. Dalğalı və qısa xətt isə diqqətsiz, dərin düşünmədiyinizi yansıdır.

Həyat xətti baş barmağa ən yaxındır. İlk baxışdan elə görünə bilər ki, bu, sahibinin nə qədər yaşayacağınızı göstərir, amma elə deyil. Əslində, o, canlılıq və firavanlıq kimi aspektlərə cavabdehdir.

Ovucdakı tale xətti isə karyera, şəxsi həyat, peşə və sairə haqqında “danışa bilər”. Ovuclardakı xətlər  4 xətdən çox daha zəngin və müxtəlifdir. Bütün xətlərin bir hərfdə kəsişməsi isə onun sahibinin unikallığını göstərən nadir haldır.

Bəzi insanların sol əlində "M" hərfi var. Adətən, bu, misli görünməmiş şans və intuisiyanı simvollaşdırır. Bu insanlar mükəmməl təhsilli olur ki,  bunun sayəsində heç vaxt aldanmır və çox yaxşı dostlar qazanır.

Bundan əlavə, bu insanlar yaxşı sağlamlıqları ilə seçilirlər. Uğurlu insanların neçə faizində “M” hərfi şəklində işarənin olması haqda statistika təbii ki, yoxdur. Qeyri-adi zəkaları və intuisiyaları sayəsində onlar orijinal, unikal ideyalar əsasında sıfırdan biznes qura bilirlər. Üstəlik, digər insanlar da  "M" hərfinin sahiblərini izləməkdən məmnundurlar.

Elə də olur ki, “M” hərfinə sol əldə deyil, sağ əldə rast gəlinir. Bəs, bu nə deməkdir? Çox vaxt bu insanlar maksimalistdirlər və yalnız gəncliklərində deyil, bütün həyatları boyu belə davam edirlər.

Onlar özlərinin görünməmiş mürəkkəb məqsədlərinə çatmağa vərdiş edirlər və nə olursa-olsun, bunun üçün çalışırlar.Amma eyni zamanda, heç də həmişə gizli istedadlarını üzə çıxara bilmirlər ki, bu da onların məqsədə gedən yolunu kəsir.

“M” hərfi ilə yanaşı, “V” hərfi də var ki, bu, ovuç içində ürək xəttindən çox uzaqda görünə bilər. Bu, xətt onun sahibini çətin həyat sınaqlarının gözlədiyini bildirir, lakin əzmkarlığı və şansı sayəsində bunların öhdəsindən gəlirlər də.

Bəzən ovucda aydın oxunan başqa bir hərf var:  "X".Bu kateqoriyadan olan insanlarda qüsursuz analitik təfəkkür inkişaf edir.Bu insanlar həmişə ağılla yaşayırlar, ona görə də hər hansı qərar qəbul edərkən heç vaxt ürəyə üz tutmazlar. Eyni zamanda, ovucunda bu işarə olanlar həm də insanların psixo-emosional vəziyyətini yaxşı oxumağı da bacarırlar.

Bu məlumatlar həyatınız boyu eyni olacaq demək deyil. İnsanlar kimi xətlər də dəyişir.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR