İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovanisyan Zakir Həsənova sualla cavab verdi: “Harada görünüb ki...”

10471 29.05.2014 22:55 Siyasət A A

Mayın 28-də təmas xəttinin Füzuli istiqamətində hər iki tərəfdən itkilərlə müşaiyət olunan gecə döyüşü barədə Ermənistan və Azərbaycanın Müdafiə nazirlikləri arasında informasiya döyüşü hələ də davam edir.

Virtualaz.org saytı xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin erməni diversiya qrupunun ordumuzun mövqeyinə basqın etdiyini və basqının dəf olunması zamanı bir kapitan, bir gizirin həlak olmasını, bir əsgərin isə yaralanmasını bəyan etməsindən sonra erməni tərəfi günahı boynundan atıb.

Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib ki, əslində Azərbaycan xüsusi təyinatlıları erməni ordusunun mövqeyinə diversiya hücumu təşkil edib. Bu hücumun dəf edilməsi zamanı bir erməni əsgəri ölüb, 4-ü yaralanıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan isə hadisənin təfərrüatları haqda danışaraq deyib ki, Azərbaycan xüsusi təyinatlılarının həmləsi gecə saat 02:20-də başlayıb. Erməni postunda növbə çəkənlər onları “vaxtında aşkar ediblər” və yaxına buraxaraq döyüşə giriblər.

Bunun ardınca Azərbaycan müdafiə naziri Zakir Həsənov bu gün Gürcüstanda səfərdə olarkən jurnalistlərin təmas xəttində baş verənlərlə bağlı sualına cavab olaraq deyib ki, erməni ordusunun diversiya qrupu ordumuzun mövqeyinə hücum edib və layiqli cavabını alaraq geri oturdulub.

Z.Həsənovun bu açıqlamasına Ermənistandan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri A.Ovanisyan cavab verib. Ovanisyan deyib: “Harda görmüsünüz ki, postu kapitanlar və kiçik zabitlər müdafiə etsin, sıravi əsgərlər isə diversant kimi hücum etsin?”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR