İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən günün kriminal statistikası - 124 cinayət faktı qeydə alınıb

523 09.01.2018 10:25 Kriminal A A


Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 124 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən xəbər verilib.

Bildirilir ki, bundan başqa, axtarışda olduğuna görə 24 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Qeyd olunur ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib, eləcə də cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR