İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən ay Naxçıvana verilən elektrik enerjisinin həcmi açıqlanıb

426 08.01.2021 22:56 İqtisadiyyat A A

Bu ilin dekabr ayında Naxçıvan Muxtar Respublikasına verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

Musavat.com-un məlumatına görə, dekabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 30 mln 155 min kV/saat elektrik enerjisinin dəyəri 2 mln 530,1 min manat olub, cəmi 2 mln 527,5 min manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 %-ini təşkil edir.

Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi dəyəri 2 mln 530,1 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 2 mln 527,5 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 99,9 olub.

Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 3 mln 770 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 279 min manat, daxil olan vəsaitin həcmidə 279 min manat olub.

Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 376 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 27,1 min manat, daxil olan vəsaitin həcmi isə 27,1 min manat təşkil edib.

Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 707 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 51,1 min manat, daxil olan vəsaitin həcmi isə 51,1 min manat olub.

Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 848 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 60,3 min manat, daxil olan vəsaitin həcmidə 60,3 min manat olub.

Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 2 mln 340 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 165,2 min manat, daxil olan vəsaitin həcmidə 165,2 min manat təşkil edib.

Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcm 69 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 5,1 min manat, daxil olan vəsaitin həcmidə 5,1 min manat olub.

Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 593 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 42,7 min manat, daxil olan vəsaitin həcmi 42,7 min manat olub.

Dekabrda Babək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 mln 617 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 114,4 min manat, daxil olan vəsaitin həcmi 114,4 min manat olub. Ötən ay bütün rayonlarda elektrik enerjisinin istifadəsinə görə yığımı 100 % olub.

Bu ilin son ayında Muxtar Respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 19 mln 835 min kvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 1 mln 785,2 min manat, daxil olan vəsaitin həcmi 1 mln 782,6 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 99,9 % olub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR