İnsanlara hürriyət, millətlərə istiqlal!

Oskanyan BMT Təhlükəsizlik Şurasındakı nəticəni dəyərləndirdi: “Böyük məyusluq”

2702 18.08.2023 15:30 Siyasət A A

 

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasını məyusluq hesab edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsinə yazıb.

“Cəmiyyətimizdə nikbinlik və ümid yaradan BMT Təhlükəsizlik Şurasının iclası məyusluqla başa çatıb. Heç bir qətnamə və ya bəyanat qəbul edilməyib və nə vaxtsa beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanı Laçın dəhlizini açmağa məcbur edəcək qətnamənin qəbul ediləcəyi şübhə doğurur”, - deyə Oskanyan qeyd edib.

Təhlükəsizlik Şurasının beş daimi üzvündən heç biri öz çıxışında Ermənistanın Qarabağı vaxtından əvvəl Azərbaycanın bir hissəsi kimi tanımasına xüsusi diqqət yetirməyib. "Hazırkı danışıqlarda əsas vasitəçilərdən biri olan Avropa İttifaqının nümayəndəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin adını çəkdi ki, bu da, məncə, təsadüfi deyil”,-deyə Oskanya bildirib.

Oskanyana görə, bunun gələcəkdə hüquqi nəticələri də ola bilər. Çünki keçmiş xarici işlər nazirinin sərsəm iddiasına görə Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmayıb.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR