Tərəflər müqavilənin pozulmasında bir-birini günahlandırır
NATO Baş katibi Yens Stoltenberq Orta və kiçik mənzilli raketlərin ləğvi (OKMRL) haqqında sazişin pozulmasına görə Rusiyanı ittiham edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun mövzu ətrafında niqtinin mətni qurumun rəsmi saytında yerləşdirilib.
Baş katib Stoltenberq Yeni Zellandiyanın Vellinqton şəhərində yerləşən Viktoriya universitetəindəki çıxışında məhz rəsmi Moskvanın 1987-ci ildə imzalanan həmin saizşin müddəalarını dəfələrlə pozduğunu göstərib.
Onun sözlərinə görə, Rusiya anlaşmanın müddəalarına zidd olaraq Avropanın şəhərlərini cəmi bir neçə dəqiqədə yox edə biləcək raketlər istehsal edib. Bundan başqa, Y.Stoeltenberq Rusiyanın beynəlxalq birliyə və beynəlxalq hüququn normalarına saymazyana münasibət nümayiş etdirməkdə suçlayıb.
Ruisya prezidenti Vladimir Putin isə ABŞ-ın sazişdən çıxması ilə yeni silahlanma yarışına start verdiyni söyləyib.
Kremlin rəhbəri bu addımla rəsmi Vaşinqtonun silahlanma üzərində nəzarətlə bağlı fundamental sənədlərdən birini heçə saydığını qeyd edib və dünyada onsuz da gərgin olan situasiyanı daha da pisləşdirəcəyini vurğulayıb.
“Bizim buna qarşı cavabımız istisnasız olaraq əks xarakterli olacaq”,-deyə Vladimir Putin bildirib.
Rusiya lideri bununla ölkəsinin quru səthində yerləşdirilə biləcək orta və kiçik mənzilli raketlərin istehsalına başlayacaqlarının anonsunu verib.
Qeyd edək ki, bundan daha öncə Rusiya xarici işlər nazirin müavini Sergey Ryabkov ABŞ-ı silahlanmaya nəzarət üzərində sistemin “qəbirqazanı” adlandırmışdı.
Musavat.com






