İnsanlara hürriyət, millətlərə istiqlal!

“Orta məktəblərdə narkotik vasitələrin olması ilə bağlı saxta rəy yaratmağa cəhdlər var” - Elşad Hacıyev

737 01.12.2022 14:21 Kriminal A A

“Son dövrlər narkotik vasitələrdən istifadə ilə bağlı sosial şəbəkələrdə görüntülərin çoxalması təbii və normal haldır”. 

Bunu Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru  Elşad Hacıyev açıqlamasında deyib.

O, qeyd edib ki, narkotik vasitələrə qarşı tədbirlər genişləndikcə bununla əlaqəli şəxslərlə bağlı informasiyaların miqyası da genişlənməkdədir: “Biz bu informasiyalara daha çox rast gəlməyə başlayacağıq. Bunun da olması təbiidir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq respublika miqyasında əhəmiyyətli axtarış, istintaq tədbirlər həyata keçirilir ki, narkotik vasitə almaq istəyən şəxslərin bu maddəni əldə etməsində xeyli problemlər yaranır. Bu adamlar daldalanacaq, hardasa gizlənəcək yerləri yoxdur. Artıq cəmiyyətin səfərbər olması, narkotik vasitələrlə əlaqəli informasiyaların yayılmasında, sosial şəbəkərlərdə paylaşılmasında maraq var. Bu, tərəfimizdən çox müsbət qarşılanır. Hər hansı bir neqativ halın ictimailəşməsi bu sahədə ictimai qınağı gücləndirir. Buna görə biz həm də axtarış, əməliyyat istintaq istiqaməti və texniki istiqamətlə yanaşı, ictimai qınaq gücünü artırırıq. Bu cür xəbərlərin artması bu sahədə neqativ halların aradan qalxmasına əsaslı zəmin yaradır. Bu məlumatları yayan şəxslərə minnətdarlıq edirəm".

E. Hacıyev məktəblərdə narkotik vasitələrin paylanması ilə bağlı yayılan videolara da münasibət bildirib: "Ümumən ali, orta təhsil ocaqlarında narkotik vasitələrlə bağlı hər hansı fakt aşkarlanmayıb. Ayrı-ayrı xaricdə olan qruplar tərəfindən Azərbaycanın orta məktəblərində narkotik vasitələrin olması ilə bağlı müxtəlif saxta rəylər yaratmağa cəhdlər var. Amma biləsiniz ki, əməliyyat-axtarış tədbirləri ümumi nəticəyə gəlməyə əsas verir ki, bu gün respublikanın orta ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində şagirdlər və tələbələr arasında hər hansı bir narkotik istifadəçisi aşkarlanmayıb. Ayrı-ayrı fikirlər var, kökündən yanlışdır".

Afaq Mirayiq,

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR