İnsanlara hürriyət, millətlərə istiqlal!

Orta məktəbdə dəhşətli hadisə: Sinif yoldaşları 10 yaşlı qızın barmaqlarını sındırdılar, saçlarını yoldular - VİDEO

935 13.11.2022 02:17 Hadisə A A

İstanbul orta məktəbdə 10 yaşlı qız həmyaşıdlarının zorakılığına məruz qalıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəbli dostları tərəfindən döyülən balaca qızın barmağı sınıb, saçları yolunub.

Hadisə zamanı qızı ilə telefonla danışdığı üçün övladının qışqırığını eşidən ana məktəb rəhbərliyinin hadisəni ört-basdır etməyə çalışdığını iddia edib.

Okulda zorba dehşeti! Parmağı kırıldı, saçları kopartıldı

Ö.M. hadisə baş verən zaman telefonla anasına zəng edərək "ana, gəl məni döyürlər" deyə ağlayıb. Qızının qışqırtısını telefonda eşidən ana Dəniz M. dərhal məktəbə gedib. Ananın tibb işçisi olduğu üçün qızına ilk tibbi yardımı özü edib. Daha sonra qızını xəstəxanaya aparan ana övladının döyülməsi ilə bağlı həkim rəyini alıb.

Hadisədən sonra qızını həmin məktəbdən çıxaran Dəniz M övladının psixologiyasının pozulduğunu, daima kabuslar gördüyünü bildirir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR