İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuzdan “Qəzəb” əməliyyatı - Xocalı nəzarətə götürülür! Detallar Qabil Hüseynli ilə CANLI

993 28.06.2023 15:50 Gündəm A A

Azərbaycan əsgərinin yaralanmasına cavab gecikməyib. Musavat.com trend-ə istinadla xəbər verir ki, “Qəzəb” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Bəzi məlumatlara görə, qanunsuz hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazıqlıqlar gedir.

Qeyd edək ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Belə vaxtda isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş bu gün də davam edəcək. Görüşlərin ikinci raundu çərçivəsində sülh sazişi layihəsi müzakirə ediləcək. Yerli vaxtla saat 10:00-dan sonra başlayacaq görüş Virciniya ştatının Arlinqton şəhərində, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutacaq.

Qeyd edək ki, dünən ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub. Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyanla ikitərəfli görüşlər də keçirib.

TVMusavat-ın bu gün “Həftə içi” verilişində professor Qabil Hüseynli ilə söhbətləşirik. Müzakirəyə tamaşaçılarımız da qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR