İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuzdan Qarabağdakı kuryerə ŞOK ZƏRBƏ: 32 ayın əvəzi belə çıxıldı - VİDEO

4135 29.06.2023 14:06 Gündəm A A

““Qisas” əməliyyatı ilə erməni separatçılarına artıqlamasıyla cavab verildi. 1 yaralı əsgərimizin qarşılığında 5 erməni silahlısını məhv etdik”.

Bu fikirləri Musavat.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

edalet.jpg (248 KB)

Ekspert bildirib ki, məhv edilən silahlıların Ermənistandan göndərilən hərbi birləşmənin üzvləri olduğu da iddia edilir:

“Ermənistan öz qoşunlarını Qarabağdan çıxardığını bəyan edirdi. Amma görünən odur ki, Ermənistandan göndərilən silahlılar hələ də Qarabağda Azərbaycan ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edirlər. Ermənistan hər dəfə olduğu kimi, bu dəfə də diqqəti sülh sazişi üzrə gedən danışıqların istiqamətini sərhəddə və ya Qarabağda baş verən toqquşmalara yönəltmək məqsədi güddü. Bu isə ötən ilin sentyabrında olduğu kimi, danışıqlar prosesinə ciddi pauzaların verilməsi ilə nəticələnə bilər.

Diplomatlarımız danışsın, əsgərimiz isə öz funksional vəzifə borclarını yerinə yetirsin. Təxribatlar davam edərsə, biz “Qisas”ın davamını da müşahidə edəcəyik”.

Hərbi ekspertin sözlərinə görə, ermənilər hələ də yerdəyişmələrini aktiv şəkildə həyata keçirirlər:

“Bu isə onların növbəti təxribata hazırlaşa biləcəyi ehtimalını irəli sürməyə əsas verir”.

Ədalət Verdiyev Qarabağda erməni silahlılarının mövcudluğuna zəmanət verən real qüvvədən də danışıb:

“Rusiya sülhməramlılarının erməni separatçılarına dəstəyini 32 aydır ki, izləyirik. Onlar bu gün Qarabağda erməni silahlısının mövcudluğuna zəmanət verən yeganə real qüvvədir. Bəziləri bəyanatlarla ermənilərə mənəvi-siyasi dəstək verirsə, Rusiya kontingenti birmənalı olaraq erməni silahlısına kuryerlik edir. Laçın postu qurulandan sonra atəşkəsin intensiv şəkildə pozulması bir daha bu işin altında Rusiya kontingentinin quyruğunun, qulağının görünməsini deməyə əsas verir.

“Qisas” əməliyyatı ilə göstərdik ki, kimin erməni silahlısına dəstək verməsindən və ya onu cəsarətləndirməsindən asılı olmayaraq, biz öz planlı fəaliyyətlərimizi, o cümlədən cavab tədbirlərimizi vaxtında və kifayət qədər səmərəli şəkildə davam etdiririk.  

Rusiya sülhməramlılarının dəstək verdiyi qüvvənin başı əzilirsə, bu, eyni zamanda havadarın başının əzilməsidir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR