İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuz Ermənistandan Kəlbəcərə gələn yolu bağladı -İrəvandan etiraf

6147 16.10.2020 12:09 Son xəbər A A

Azərbaycanın qəhrəman ordusunun həyata keçirdiyi əks-hücum nəticəsində Ermənistanla işğal bölgəsi arasında rabitə məhdudlaşmaqdadır. Ermənistan Fövqəladə Nazirliyinin məlumatına görə, Azərbaycan ordusunun mütəmadi olaraq atəş altında saxladığı Sotk-Kəlbəcər magistralında hərəkət dayandırılıb.

Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir ki, yolda hərəkət 15 oktyabrdan etibarən qapadılıb. “Bu, Qarabağla quru əlaənin yaradıldığı yoldur. Azərbaycan tərəfdən atəşə tutulması səbəbindən magistralda hərəkət dayandırılıb”, məlumatda deyilir.

Beləliklə, düşmən Azərbaycan ordusunun Qarabağda həlqəni daraltdığını etiraf edir.

Elşad,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR